Bank Of Baku

Avropa İttifaqı Azərbaycanda yeni təhsil layihəsini maliyyələşdirəcək

Avropa İttifaqı Azərbaycanda yeni təhsil layihəsini maliyyələşdirəcək
# 08 fevral 2011 13:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi “Peşə təhsili və təlimi sahəsində islahat strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin yekun konfransı keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, 3 il əvvəl pilot rayon kimi seçilmiş İsmayıllıda müasir tələblərə cavab verən Peşə Təhsil Mərkəzinin yaradılmasına başlanıb. Bu layihə demək olar ki, artıq yekunlaşıb.

Nazir deyib ki, uzun illər müəyyən obyektiv və subyektiv səbəblərdən peşə təhsili sahəsində irəliləyiş əldə etmək mümkün olmayıb. Yalnız ölkə prezidentin bu sahəyə diqqət göstərməsindən və peşə təhsili üzrə müvafiq dövlət proqramının qəbul edilməsindən sonra bu sahədə irəliləyiş olub.

M. Mərdanovun sözlərinə görə, Avropa İttifaqı “Azərbaycanda kənd təsərrüfatı sahəsində ilkin peşə təhsili layihəsi” üzrə 1,2 milyon avro dəyərində qrant layihəsi elan edib. Dörd ölkənin iştirak etdiyi bu müsabiqədə Almaniya hökuməti qalıb olub. Yaxın vaxtlarda layihənin həyata keçirilməsinə başlanacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia isə Təhsil Nazirliyi ilə əməkdaşlığı davam etdirmək istədiklərini söyləyib: “Avropa İttifaqı Azərbaycana yalnız enerji, neft-qaz üçün gəlib? Xeyr. Təhsil Nazirliyi ilə bu əməkdaşlıq da göstərir ki, Avropa İttifaqı digər sahələrin inkişafına da diqqət ayırır. Amma təəssüf ki, bəzən Avropa İttifaqının Azərbaycana yalnız neft-qaz üçün gəldiyini deyirlər. Bu fikirlər yanlışdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR