Bank Of Baku

Azərbaycan Milli Kulinariya Assosiasiyası və Milli Kulinariya Mərkəzi televiziya kanallarında yayımlanan mətbəx verilişlərinə etiraz edir

Azərbaycan Milli Kulinariya Assosiasiyası və Milli Kulinariya Mərkəzi televiziya kanallarında yayımlanan mətbəx verilişlərinə etiraz edir
# 08 fevral 2011 14:29 (UTC +04:00)
Milli Kulinariya Mərkəzindən APA-ya verilən məlumata görə, bununla bağlı hər iki qurum tərəfindən etiraz bəyanatı hazırlanıb. Bəyanatda televiziya məkanında yayımlanan bu tipli verilişlər pislənilir: “Xalqımızın təfəkkürünün məhsulu olan milli mətbəximiz, qonşularımız tərəfindən daimi plagiat edildiyi, erməni saytlarında ən çox müzakirə edilən məsələlərdən biri bizim mətbəximizlə bağlıdır. MKM və AMKA uzun illərdir ki, bu sahədə erməni plagiatının qarşısını almağa çalışır. Dünya səviyyəsində əməli işlə, kitablarla, məqalələrlə, internet səhifələrində, beynəlxalq təşkilatlarda və bu sahədə iş aparılır, milli mətbəximiz tanıdılır və qorunur. Bir çox xörək nümunələri ilə birlikdə bütün mədəniyyətimiz ermənilərin ayağına yazılır. Mətbəx kitabları, saytları, radio və televerilişlər daha çox xalqın, dövlətin maraqlarından çıxış edərək millət haqqında fikir formalaşdırır. Çox təəssüf hissi ilə demək istərdik ki, belə bir gərgin vəziyyətdə bizim işimizə kömək əvəzinə, Azərbaycan teleməkanındakı əksər mətbəx verilişləri, milli mətbəx təfəkkürümüzə, sağlamlığımıza, kulinariya mədəniyyətimizə yalnız zərər verir. Mətbəx verilişləri yalnız efiri doldurmaq naminə başdansovdu aparılır”.

Bəyanatda o da qeyd olunub ki, verilişlərdə aşbazlar çox vaxt fon təəssüratı yaradır, ön planda isə gündəmdə qalmaq həvəsində olan müğənnilər göstərilir. Bəyanat müəllifləri televiziya işçilərinə müraciət edərək onları bu cür durumlarda ehtiyatlı olmağa çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR