Bank Of Baku

Sabirabadda kəndə canavar sürüsü hücum edib

Sabirabadda  kəndə canavar sürüsü hücum edib
# 09 fevral 2011 09:12 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov - APA. Sabirabad rayonunun Kürkənd kəndinə canavar sürüsü hücum edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna kəndin icra nümayəndəsi Zülfəli Musayev məlumat verib. Onun bildirdiyinə görə, canavarlar iki ulağı və xırda buynuzlu heyvanı parçalayıblar. Kənd meşə massivinə yaxın olduğundan hətta canavarlar gündüzlər də mal-qaraya hücum edirlər. Fevralı 8-də isə kənd sakini Şahin Əsədov mal-qarasını örüşə apararkən sürü canavarların hücumuna məruz qalıb və bir itibuynuzlu heyvanı yaralayıblar. Kənd sakinlərinin köməyi ilə canavarlar ərazidən qovulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR