Bank Of Baku

Dövlət Komitəsi: Azərbaycanda yay vaxtının ləğvi müzakirə olunmur

Dövlət Komitəsi: Azərbaycanda yay vaxtının ləğvi müzakirə olunmur
# 09 fevral 2011 12:31 (UTC +04:00)
Bu barədə APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Rusiya prezidenti Dmitri Medvedevin ölkəsində qış və yay vaxtına keçidin ləğv olunması ilə bağlı dünən verdiyi qərara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkə ərazisində yay vaxtının tətbiq edilməsi Azərbaycan Nazirlər Kabinetinin (NK) 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı əsasında tənzimlənir. Qərara görə, 1997-ci ildən başlayaraq hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycan ərazisində yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə isə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılıb.

F. Talıblı deyib ki, yay vaxtının tətbiqi enerjiyə, təbii q aza qənaət və gün işığından maksimum istifadə baxımından əlverişlidir: “Rusiya ilə yanaşı, Gürcüstan, Çin Estoniya kimi ölkələr də yay vaxtından imtina edib. Lakin dünyanın 100-ə qədər ölkəsində bu qərar tətbiq olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR