Bank Of Baku

Prezident İlham Əliyev Tovuzda süd emalı zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Tovuzda süd emalı zavodunun açılışında iştirak edib
# 09 fevral 2011 17:58 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində süd emalı zavodunun açılışında iştirak edib. Bu barədə APA “Azərtac”a istinadən məlumat verir.
Dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdikdən sonra müəssisə ilə yaxından tanış olub.
Zavodun tikintisi ötən ilin dekabrında başa çatdırılmışdır. “Gilan Holdinq”in sifarişi ilə tikilmiş müəssisənin istehsal sahəsi 3,9 min kvadratmetrdir. Zavodda qatıq, kəsmik, ayran, dovğa, xama və pendir istehsal edilir. Hazırda zavodun emal gücü sutkada 20 tondur. Maksimum güclə işlədikdə isə sutkada 40 ton süd emal etmək mümkündür.
25 nəfərin işlə təmin olunduğu müəssisənin fəaliyyətə başlaması rayonda heyvandarlığın inkişafına müsbət təsir edəcək. Zavodu südlə təmin etmək üçün rayonda üç qəbul məntəqəsinin açılması nəzərdə tutulub.
Prezident İlham Əliyev zavodun fəaliyyətini işə salan düyməni basıb.
Dövlət başçısı süd qəbulu, qatıq, kəsmik, dovğa-ayran və pendir sexlərində emal və qablaşdırma prosesini izlədi, zavodun məhsullarının nümayiş etdirildiyi stendlə tanış oldu, hazır pendirin dadına baxıb.
Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR