Bank Of Baku

Prezident İlham Əliyev Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak edib
# 09 fevral 2011 19:08 (UTC +04:00)
Bakı-APA. Fevralın 9-da Azərbaycan prezidenti İlham Əliyev yenidən qurulmuş Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyevin “Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2009-cu il 7 oktyabr tarixli Sərəncamına əsasən, həmin ilin noyabrında strateji əhəmiyyəti olan yolun yenidən qurulmasına başlanıb. Uzunluğu 53 kilometr olan yol 21 min əhalinin yaşadığı 43 yaşayış məntəqəsini, o cümlədən Ermənistan ilə sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirir.
Yenidənqurma işləri zamanı yol yatağına on minlərlə kubmetr torpaq, qum-çınqıl qarışığı yayılmış, 340 min kvadratmetr asfalt-beton örtük salınıb. Yol boyunca çaylar üzərində bir neçə körpü, su keçidi, dayanacaq tikilmiş, 9 körpü əsaslı təmir edilib.
Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulması Gədəbəy rayonunun 25 yaşayış məntəqəsinin 12 min sakininin də ilin bütün fəsillərində nəqliyyat vasitələrindən istifadəsini asanlaşdırmış, onlara yetişdirdikləri kənd təsərrüfatı məhsullarını vaxtında bazarlara çatdırmağa imkan yaradıb.
Yeni yolun turizmin və bütövlükdə rayonun iqtisadiyyatının inkişafı baxımından müstəsna əhəmiyyəti var. Belə ki, əlverişli iqlim şəraitinə, təbii meşə örtüyünə və sərin bulaqlarına görə yay mövsümündə əraziyə gələn turistlərin sayı yolun yenidən qurulmasından sonra bir neçə dəfə artıb. Gələcəkdə turistlər üçün yeni xidmətlərin genişləndirilməsi ilə əlaqədar işlər görülür.
Prezident İlham Əliyevə məlumat verilib ki, inşaat işləri zamanı yolun 39-cu kilometrində tarixi məlum olmayan tunel aşkar edildiyinə görə, həmin yerdə 100 metr hissəyə asfalt örtük salınmamış, arxeloji tədqiqat işlərinin aparılması üçün müraciət edilib. Tədqiqat işləri aparıldıqdan sonra yolun bu hissəsinə də asfalt örtük salınacaq.
Yolun yenidən qurulması layihəsi çərçivəsində yolboyu yaşayış məntəqələrinin girişi və daxili yollarında da xeyli işlər görülüb. Bundan başqa, sərhədboyu ərazidə hərbçilərin gediş-gəlişini asanlaşdırmaq üçün 26 kilometr uzunluğunda yeni avtomobil yolu çəkilib.
Dövlət başçısı yolun açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev yeni yolda avtomobili idarə edib, görülən işləri yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR