Bank Of Baku

“Dövlət qulluqçularının reyestri”ndə 8885 dövlət qulluqçusu barədə məlumatlar toplanıb

“Dövlət qulluqçularının reyestri”ndə 8885 dövlət qulluqçusu barədə məlumatlar toplanıb
# 10 fevral 2011 07:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda “Dövlət qulluqçularının reyestri”ndə 39 mərkəzi icra hakimiyyəti orqanı, 37 yerli icra hakimiyyəti orqanı, 38 məhkəmə üzrə ümumilikdə 8885 dövlət qulluqçusu barədə məlumatlar toplanıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2010-cu il ərzində reyestr inkişaf etdirilib, buradakı məlumatlar yenilənib və artırılıb. Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibələrdə iştirak edən namizədlərlə bağlı geniş məlumatı özündə cəmləşdirən “Namizədlər-DQMK” avtomatlaşdırılmış idarəetmə sistemi yenidən işlənilib, müsabiqə və müsahibələrin bütün mərhələlərinin (elanın verilməsi, sənəd qəbulu, test imtahanı, müsahibə, vəzifəyə təyinat, ehtiyat kadrlarla iş və s.) daha səmərəli təşkili üçün sistemin funksional imkanları və sistemə daxil olan hesabatların sayı artırılıb.

Dövlət qulluğuna qəbulla bağlı müraciət edən vətəndaşların sayının artmasını nəzərə alaraq sənəd qəbulu prosesində operativliyin və səmərəliliyin artırılması məqsədi ilə Komissiyanın internet səhifəsində onlayn işləyən “E-qəbul” sistemi yaradılıb. “Elektron Azərbaycan” Dövlət Proqramına əsasən, 2010-2012-ci illər ərzində “Dövlət Qulluqçuları Reyestrinin inkişaf etdirilməsi”, “Dövlət qulluğuna qəbul” informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulub. Bu məqsədlə Komissiyada tədbirlər planı hazırlanıb və büdcə vəsaitinin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR