Bank Of Baku

“Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu başlayıb - FOTO

“Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu başlayıb - <font color=red>FOTO</font>
# 10 fevral 2011 08:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu başlayıb. APA-nın məlumatına görə, kursda Azərbaycanın 10 müxtəlif dövlət qurumunun müvafiq idarələrinin əməkdaşları iştirak edir. Akademiyanın rektor əvəzi Əlikram Abdullayev bildirib ki, kurs Dövlət Miqrasiya Xidməti (DMX) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Gələcəkdə miqrasiya kurslarının davamlı şəkildə təşkil olunacağı istisna edilmir.

DMX rəis müavini Pərviz Musayev deyib ki, son illər Azərbaycana gələn əcnəbilərin sayı artır, bu da prosesin daim nəzarət altında saxlanılmasını zərurətə çevirib: “Artıq DMX-də Vahid Miqrasiya Məlumat Sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə biz ölkəyə daxil olan əcnəbini ölkəni tərk edənədək nəzarətdə saxlaya bilirik”.

P. Musayev DMX-də 2009-cu ildən “bir pəncərə” qeydiyyat sisteminin fəaliyyət göstərdiyini, bununla ölkəyə gələn əcnəbilərin qeydiyyatı prosesinin asanlaşdığını və bu sahədə şəffaflığın təmin olunduğunu söyləyib. O, Miqrasiya Məcəlləsi layihəsinin hazırlanaraq hökumətə təqdim olunduğunu da açıqlayıb. Hazırda layihə Nazirlər Kabinetində müzakirə olunur.

Qeyd edək ki, 60 saatlıq ixtisasartırma kursunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Fuad Ələsgərov, DMX rəisi Arzu Rəhimov, Milli Məclis aparatının şöbə müdiri Lətif Hüseynov, Ədliyyə, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Ombudsman Aparatı və Disporla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxslərinin məruzələri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR