Bank Of Baku

Dövlət qulluqçularının əlavə peşə təhsilinə dair dövlət sifarişi hazırlanıb

Dövlət qulluqçularının əlavə peşə təhsilinə dair dövlət sifarişi hazırlanıb
# 10 fevral 2011 09:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının əlavə peşə təhsilinə dair dövlət sifarişi hazırlayaraq Azərbaycan Nazirlər Kabinetinə (NK) təqdim edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sifariş NK tərəfindən təsdiq edilmiş “Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”na əsasən hazırlanıb. 200-dən artıq dövlət orqanında (mərkəzi və yerli icra, məhkəmə hakimiyyəti orqanlarında) qulluq keçən dövlət qulluqçularının ixtisasartırma kurslarına və yenidənhazırlanmaya olan tələbatı öyrənilib, əlavə peşə təhsili keçəcək dövlət qulluqçularının sayı və peşə təhsili keçirilməsi zəruri olan ixtisas və vəzifələrə dair məlumatlar dövlət orqanlarından toplanaraq ümumiləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR