Bank Of Baku

Azərbaycan və Litva QHT-ləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Litva QHT-ləri arasında əməkdaşlıq memorandumu imzalanıb
# 10 fevral 2011 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu ilə Litvanın Qeyri-Hökumət Təşkilatları İnformasiya və Dayaq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Forumdan APA-ya verilən məlumata görə, memoranduma əsasən, hər iki təşkilat arasında Azərbaycanda və Litvada vətəndaş cəmiyyətinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq etmək qərara alınıb. Milli QHT Forumunun prezidenti Rauf Zeyni Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevə və Litvanın Qeyri-Hökumət Təşkilatları İnformasiya və Dayaq Mərkəzinin sədri Martinas Jaltauskasa bu təşəbbüsü dəstəklədiklərinə görə öz minnətdarlığını bildirib.
Belə memorandumların bu il ərzində Estoniya, Latviya, Çexiya və digər Avropa ölkələrinin QHT-ləri ilə də imzalanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR