Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2010-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2010-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb
# 10 fevral 2011 10:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2010-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hesabat dövrü ərzində dövlət qulluğuna qəbul ilə bağlı 5 müsabiqə elan edilib. Fevralın 5-də elan edilmiş müsabiqəyə 42 dövlət orqanı üzrə 771 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsabiqədə iştirak edən 4103 namizəddən 1332-si test imtahanı mərhələsini keçərək müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsindən uğurla keçən 396 namizəddən 297-si vakant vəzifələrə təyin olunub, 99-u isə ehtiyat kadrlar siyahısına daxil edilib. Sentyabrın 1-dən oktyabrın 29-dək keçirilmiş müsabiqəyə 5 dövlət orqanı üzrə 32 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsabiqədə iştirak edən 630 namizəddən 167-si test imtahanından keçərək müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsindən uğurla keçən 6 namizəddən 3-ü vakant vəzifələrə təyin olunub, 3-ü isə ehtiyat kadrlar siyahısına daxil edilib. Oktyabrın 21-i, 29-u və noyabrın 26-sı elan edilmiş müsabiqələrə ümumilikdə 97 dövlət orqanı üzrə 826 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Test imtahanında iştirak etmiş 1943 namizəddən 983-ü uğur qazanıb. Hazırda test imtahanları və test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən namizədlərlə müsahibələrin keçirilməsi davam edir. Komissiya tərəfindən keçirilmiş bütün müsabiqələr üzrə ehtiyat kadrlar siyahısına daxil edilmiş 297 nəfərdən 98-i dövlət orqanlarında analoji vakant vəzifələrə təyin edilib. Bu təyinatlardan 12-si ötən il ərzində həyata keçirilib.
Komissiya tərəfindən ötən il vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün beş müsahibə elan edilib. 3 dövlət orqanı üzrə 3 vakant dövlət qulluğu vəzifəsinin çıxarıldığı birinci müsahibədə iştirak edən 8 namizəddən 1-i vakant vəzifəyə təyin edilib. 6 dövlət orqanı üzrə 35 vakant dövlət qulluğu vəzifəsi çıxarıldığı ikinci müsahibədə iştirak edən 30 namizəddən 12-si müsahibədən uğurla keçib, onlardan 11-i vakant vəzifələrə təyin edilib. 21, 29 oktyabr və 26 noyabr tarixlərində elan edilən müsahibələrə isə 21 dövlət orqanı üzrə 204 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. 21 və 29 oktyabr tarixdə elan edilmiş müsahibələr başa çatıb və uğur qazanmış namizədlər vakant vəzifələrə təyin edilmək üçün müvafiq dövlət orqanlarının rəhbərlərinə təqdim edilib. Ümumilikdə ötən il komissiyaya müsahibələrin nəticələri üzrə 43 apellyasiya şikayəti daxil olub. Bunlardan 35-i təmin olunmayıb. Apellyasiya şikayəti təqdim edən namizədlərdən 7-sinin nəticələri ləğv edilərək yeni müsahibə keçirilib. Nəticədə 3 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 4 nəfər isə keçid balını toplamayıb. Bir namizədin isə müsahibə nəticəsi ləğv edilib və o, yeni müsahibə keçirilmədən iddia etdiyi vəzifəyə uyğun hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR