Bank Of Baku

Ötən il 12 dövlət qurumunda dövlət qulluqçularının etik qaydaları pozması faktı aşkarlanıb

Ötən il 12 dövlət qurumunda dövlət qulluqçularının etik qaydaları pozması faktı aşkarlanıb
# 10 fevral 2011 11:06 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Sənaye və Energetika Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qubadlı Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon İcra Hakimiyyəti, Kəlbəcər Rayon İcra Hakimiyyəti, İmişli Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyətində qulluq keçən dövlət qulluqçuları tərəfindən etik qaydaların pozulması hallarına yol verilib və bununla bağlı müvafiq intizam tənbeh tədbirləri tətbiq olunub.
Komissiyada vətəndaşların müraciətlərinə baxılması və qəbulu ilə bağlı zəruri tədbirlər görülüb. Vətəndaşlar tərəfindən komissiyaya daxil olan 685 yazılı müraciət araşdırılıb və cavablandırılıb. Komissiyaya daxil olan müraciətlərdən 5-i etik davranış məsələləri ilə bağlı olub. Müraciətlərdən 3-nün əsassız olduğu müəyyən olunub, 2-si isə təmin edilib.
Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı komissiyaya dövlət orqanları tərəfindən 39, vətəndaşlar tərəfindən 57 müraciət edilib. Bu müraciətlər əsasən dövlət qulluqçusunun qulluq stajının hesablanması, dövlət qulluğuna qəbul, ixtisas dərəcəsinin verilməsi, dövlət qulluqçularının qulluqda yüksəlişi, sosial müdafiəsi, dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqi və digər qanunvericilik aktlarına rəy və təkliflərin verilməsi ilə bağlı olub. Dövlət qulluğuna qəbulla bağlı vətəndaşlar tərəfindən edilmiş 126 müraciət qanunvericiliyin tələblərinə müvafiq araşdırılıb və cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR