Bank Of Baku

Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Kaspi” qəzeti tərəfindən keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Kaspi” qəzeti tərəfindən keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 10 fevral 2011 11:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Kaspi” qəzeti tərəfindən keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış və KİV-də, internet saytlarında çap olunan hekayələr, şeirlər, publisistik məqalələr qəbul olunub. 2010-cu il sentyabrın 6-da elan olunan müsabiqə üçün əsərlərin qəbulu 3 aydan artıq davam edib və dekabrın 31-də başa çatıb. Müsabiqəyə 86 əsər təqdim olunub, onlardan 3-ü şərtlərə müvafiq olmadığı üçün müsabiqədən kənarlaşdırılıb.

Tədbirdə çıxış edən “Kaspi” Mərkəzinin direktoru Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-ə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Milli Məclisin deputatı Musa Qasımlı və digərləri Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi döyüş yolu və göstərdiyi qəhrəmanlığın əhəmiyyətindən danışıblar.

Sonra müsabiqənin qalibləri və fərqlənənlərə mükafatlar təqdim olunub. Müsabiqədə ilk üç yeri tutanlar - Hafiz Mirzə “Qeyrət” hekayəsinə görə 1000 manat, Zəkurə Quliyeva “Ermənilərə tarixi dərs” məqaləsinə görə 500 manat, Valeh Məhərrəmli isə “Hünər” poemasına görə 300 manat məbləğində pul mükafatı alıblar. Müsabiqədə iştirak edən və fərqlənən 10 nəfər yazı müəllifinin hər birinə 200 manat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR