Bank Of Baku

Hərbi Cinayət Hüququ üzrə X Beynəlxalq Konfrans keçiriləcək

Hərbi Cinayət Hüququ üzrə X Beynəlxalq Konfrans keçiriləcək
# 10 fevral 2011 12:16 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu ilin sentyabr ayında Budapeştdə Hərbi Cinayət Hüququ üzrə X Beynəlxalq Konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Respublikası Hərbi Prokurorluğundan məlumat verilib.

Konfransda Azərbaycanı hərbi prokuror Xanlar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Macarıstan baş hərbi prokuroru Arpad Kovaç 2011-ci ilin sentyabr ayında Budapeştdə keçiriləcək Hərbi Cinayət Hüququ üzrə X Beynəlxalq Konfransa dəvət məktubunu Azərbaycan hərbi prokuroru X. Vəliyevə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR