Bank Of Baku

ABŞ-da işsizliyi normal səviyyəyə endirmək üçün bir neçə il tələb olunur

ABŞ-da işsizliyi normal səviyyəyə endirmək üçün bir neçə il tələb olunur
# 10 fevral 2011 13:50 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da işsizliyi normal səviyyəyə endirmək üçün hələ bir neçə il lazım gələcək.

APA-Economics”in xəbərinə görə, bu bəyanatı ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Ben Bernanke Konqresin Büdcə komitəsində çıxış edərkən səsləndirib.

Onun sözlərinə görə, son tendensiyalar Birləşmiş Ştatların əmək bazarının tədricən bərpa olunduğunu göstərir: “2008-2009-cu böhran illərində ölkədə 8,75 mln. iş yeri bağlanıb. 2010-cu ildə isə özəl sektorda cəmi 1 mln. iş yeri açılıb”.

Qeyd edək ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, cari ilin yanvar ayında ölkədə işsizliyin səviyyəsi ötən ayla müqayisədə 0,4 faiz bəndi azalıb və 9% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR