Bank Of Baku

Yaponiyanın Azərbaycandakı səfiri Qubada soyqırımı məzarlığını ziyarət edib

Yaponiyanın Azərbaycandakı səfiri Qubada soyqırımı məzarlığını ziyarət edib
# 10 fevral 2011 16:51 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Bu gün Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Quba rayonunda olub. APA-nın şimal bürosunun xəbərinə görə, səfir Qubada soyqırım məzarlığını ziyarət edib. Qonağa 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımları özündə əks etdirən məzarlıq haqqında geniş məlumat verilib. Eyni zamanda səfir Qubanın sosial-mədəni inkişafı barədə məlumatlandırılıb. Səfiri Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Sahib Məmmədov və rayonunun digər rəsmi nümayəndələri müşayiət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR