Bank Of Baku

“Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi” adlı məqalələr toplusu çap olunub

“Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi” adlı məqalələr toplusu çap olunub
# 11 fevral 2011 07:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən “Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi” adlı məqalələr toplusu çap olunub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və rus dillərində məqalələrin daxil edildiyi topluda milli genofondumuz, genetik modifikasiya olunmuş (GMO) orqanizmlərin və onların məhsullarının təhlükəliliyi, GMO orqanizmlərin biomüxtəlifliyə təsiri, GMO orqanizmlərin məhsulları, alınması, təyini metodları və Azərbaycana idxalının tənzimlənməsi, GMO məhsullarının mənşəyinin yoxlanılması, ölkəyə idxalının qarşısının alınması və s. məsələlər araşdırılıb. “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilmiş toplunun tərtibçisi institutun direktoru Aytən Mustafayevadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR