Bank Of Baku

“Hamilə qadınlar arasında Hepatit B və HİV-in diaqnostikası və yeni doğulmuş uşaqların HepB virusuna qarşı profilaktikası” proqramı Lənkəranda tətbiq olunacaq

“Hamilə qadınlar arasında Hepatit B və HİV-in diaqnostikası və yeni doğulmuş uşaqların HepB virusuna qarşı profilaktikası” proqramı Lənkəranda tətbiq olunacaq
# 11 fevral 2011 08:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi ilə Rostropoviç-Vişnyovskaya Fondunun “Hamilə qadınlar arasında Hepatit B və HİV-in diaqnostikası və yeni doğulmuş uşaqların HepB virusuna qarşı profilaktikası” proqramı martın 1-dən Lənkəranda tətbiq olunmağa başlayacaq. Nazirlikdən APA-ya verilən məlumata görə, bu fondla əməkdaşlıq çərçivəsində proqram artıq Bakı və Gəncədə reallaşdırılır.
Proqram çərçivəsində fondun dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən hamilə qadınların qeydiyyatı aparılan tibb müəssisələri, doğum evlərinin tibb personalı üçün təlim məşğələləri keçirilib, əhali maarifləndirilib.

Proqram çərçivəsində bütün hamilə qadınlar Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol”a uyğun olaraq hepatit B və HİV-ə görə müayinə olunurlar. Hepatit B daşıyıcısı təsdiq olunmuş hamilə qadınların yeni doğulmuş uşaqları arasında hepatit B-nin profilaktikası məqsədilə hepatit B peyvəndi və hepatit B immunoqlobulinin vurulması həyata keçirilir.

Proqramın tətbiqi müddətində Bakı və Gəncə şəhərlərində hamilə qadınlar arasında hepatit B-ə qarşı 94 000 müayinə, HİV-ə qarşı 50 000 müayinə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR