Bank Of Baku

Azərbaycanda qış və yay vaxtına keçidin ləğvi gözlənilmir

Azərbaycanda qış və yay vaxtına keçidin ləğvi gözlənilmir
# 11 fevral 2011 09:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda qış və yay vaxtına keçidin sisteminin ləğv edilməsi nəzərdə tutulmur. “APA-Economics”in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Xatırladıq ki, bir müddət əvvəl Rusiya prezidenti Dmitri Medvedev ölkədə qış vaxtına keçidin ləğv olunduğunu bəyan edib. Beləliklə, böyük ehtimalla bu il martın 27-də Rusiyada saatların əqrəbi sonuncu dəfə bir saat irəli çəkiləcək. Bu qərarını şərh edən Rusiya prezidenti bildirib ki, saatların əqrəbinin irəli-geri çəkilməsinə adaptasiya olunmaq stress və xəstəliklərə səbəb olur. Onun fikrincə, bu zaman elektrik enerjisinə qənaət olunması barədə deyilənlər də şübhə doğurur.

Azərbaycanda isə bu cür addımın atılması gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR