Bank Of Baku

TQDK Lənkəranda zona müşavirəsi keçirib

TQDK Lənkəranda zona müşavirəsi keçirib
# 11 fevral 2011 12:35 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Lənkəran şəhərində 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, respublikanın 16 rayonunun təhsil şöbələri rəhbərlərinin, ali və orta ixtisas, habelə ümumtəhsil məktəblərinin direktor və müəllimlərinin qatıldıqları tədbirdə TQDK sədri Məleykə Abbaszadə çıxış edərək 2010-cu ildə tələbə qəbulunun nəticələrindən danışıb. TQDK sədri ayrı-ayrı rayonlar üzrə bu sahədə qazanılmış uğurlar və yol verilmiş nöqsanları ətraflı təhlil edib. Sonda M. Abbaszadə rayon təhsil şöbələrinin işçilərini maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR