Bank Of Baku

Ötən il Azərbaycanda 70 min yeni iş yeri açılıb

Ötən il Azərbaycanda 70 min yeni iş yeri açılıb
# 11 fevral 2011 12:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 7 il ərzində Azərbaycanda 900 mindən artıq iş yeri açılıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, ötən il ərzində ölkədə 70 min yeni iş yeri açılıb ki, bunun da 53 mini daimidir.

Bundan başqa, Ş.Mustafayev qeyd edib ki, 2010-cu ildə Azərbaycanın regionlarında 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilib, 200-dən artıq müəssisənin inşası isə hazırda davam etdirilir: «Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumilikdə, fond 2010-cu il ərzində 1 430 investisiya layihəsinin maliyyələşdirməsinə 115 mln. manat güzəştli kredit verib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR