Bank Of Baku

Təhsil naziri məktəblərdə Xocalı soyqırımının 19-cu ildönümünün qeyd olunması haqqında əmr imzalayıb

Təhsil naziri məktəblərdə Xocalı soyqırımının 19-cu ildönümünün qeyd olunması haqqında əmr imzalayıb
# 11 fevral 2011 12:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov Xocalı soyqırımının 19-cu ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında əmr imzalayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, əmrdə bildirilir ki, fevralın 25-də təhsil müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr edilməlidir. Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş matəm mitinqləri, xatirə gecələri, soyqırımın şahidi olmuş insanlarla görüşlər keçiriləcək. Fevralın 23-dən 26-dək Respublika Texniki Yaradıcılıq Mərkəzinin radiorabitə klubu vasitəsilə dünya ölkələrinin uşaqlarına Xocalı soyqırımının mahiyyəti çatdırılacaq. Ali və orta ixtisas təhsil müəssisələrinin internet saytlarına və mətbu orqanlarına Xocalı soyqırımını əks etdirən məlumatlar daxil ediləcək və mütəmadi olaraq yenilənəcək. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçiriləcək, tamaşalar hazırlanacaq, sənədli və bədii filmlərin nümayişi təşkil ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Elmar Qasımova həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR