Bank Of Baku

Yardımlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsindən azad edilib

Yardımlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsindən azad edilib
# 11 fevral 2011 13:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhaliyə xidmətin göstərilməsi və vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyətin daha da dərindən araşdırılması məqsədilə fevralın 11-də Masallı rayonunda cənub bölgəsinin 8 rayonu üzrə yerli strukturlarının iştirakı ilə zona müşavirəsi keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, müşavirədə yerli strukturlar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəffaflığın təminatı sahəsində görülən işlər geniş müzakirə olunub.

Görülən işlərin müsbət nəticələri qeyd olunmaqla vətəndaşlara xidmət sahəsində yol verilən nöqsanlar da diqqətə çatdırılıb. Bildirilib ki, yerli qurumlar tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd yanaşılması, onlara münasibətdə qeyri-mədəni davranış halları insanlarda ümumi narazılığın yaranması, müxtəlif instansiyalara şikayət məzmunlu ərizələrin ünvanlanması ilə nəticələnir.

Nazirlikdən bildirilib ki, Yardımlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Cavanşir Rzayev işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib, ayrı-ayrı əməkdaşlar haqqında intizam tədbirləri görülüb. Belə tədbirlər bundan sonra da davam etdiriləcək.

Müşavirədə yerli strukturların məsul şəxslərinə bu sahədə ciddi dönüş yaradılması sosial müdafiə tədbirlərinin təşkilində şəffaflıq, ünvanlılıq, ədalətlilik prinsiplərinə ciddi riayət olunması, habelə aztəminatlı vətəndaşlara dövlət qayğısının çatdırılması işinin daha effektli təşkili məqsədilə strukturlar arasında fəaliyyətin əlaqəli şəkildə qurulması, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə ciddi tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR