Bank Of Baku

Tripolidə İKT-yə üzv ölkələrin uşaq problemləri üzrə nazirlərinin III konfransı keçirilib

Tripolidə İKT-yə üzv ölkələrin uşaq problemləri üzrə nazirlərinin III konfransı keçirilib
# 11 fevral 2011 14:53 (UTC +04:00)
Bakı-APA. Liviyanın paytaxtı Tripolidə İKT-yə üzv ölkələrin uşaq problemləri üzrə nazirlərinin 3-cü konfransı keçirilib. Azərbaycanın Liviyadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda 43 ölkədən 22 nazir və 21 beynəlxalq təşkilat nümayəndəsi iştirak edir ki, bu da indiyədək konfransın tarixində ən intensiv iştirak sayılır.

Sözügedən tədbir İSESKO-nun və Liviya Cəmahiriyyəsinin Sosial Məsələlər üzrə Nazirliyinin təşkilatçılığı ilə “İnkişafın gücləndirilməsi: İslam dünyasında erkən uşaqlığın inkişafında maneələrin dəf edilməsi” devizi altında keçirilir.

Konfransda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Səfər çərçivəsində H. Hüseynova Liviyanın Sosial Məsələlər üzrə Naziri İbrahim əl-Zərruq əl-Şərif və Vaatasimu Xeyriyyə Cəmiyyətinin Sədri, BMT-nin xoşməramlı səfiri Aişə əl-Qəzzafi ilə görüşüb.

Hicran Hüseynova Azərbaycanda ailə, qadın və uşaqlara dövlət tərəfindən göstərilən qayğı və diqqətdən söhbət açaraq, qarşı tərəfə ölkəmizdə bu sahədə görülmüş işlər barədə məlumat verib. Görüşlərdə Liviya tərəfi Azərbaycanla sosial qayğı sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu ifadə edibş Eyni zamanda qarşı tərəf Azərbaycanda gedən inkişaf prosesləri barədə məlumatlandırılıb.

Liviyanın “Vaatasimu” Xeyriyyə Cəmiyyətinin sədri, BMT-nin xoşməramlı səfiri Aişə əl-Qəzzafi ilə görüşdə Dövlət Komitəsi ilə “Vaatasimu” Xeyriyyə Cəmiyyəti arasında əlaqələrin qurulması, gələcək əməkdaşlıq üçün yeni imkanların yaradılması və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Daha sonra Aişə əl-Qəzzafiyə cari ilin aprel ayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı dəvət məktubu təqdim olunub.

Fevralın 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri konfrans iştirakçıları qarşısında çıxış edib. Çıxışında Hicran Hüseynova Azərbaycanda uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında konfrans iştirakçılarına geniş məlumat verib. Komitə sədri Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 2009-cu ilin “Uşaq İli” elan edilməsini bu sahədə reallaşdırılan işlərin sürətləndirilməsinə təkan verdiyini qeyd edib.

Hicran Hüseynovanın münaqişə zonalarında yaşayan uşaqların inkişafı, əlilliyi olan uşaqlarla bağlı xüsusi proqramların hazırlanması, İSESKO-nun rəhbərliyi altında ölkələr arası təcrübənin gücləndirilməsi məqsədi ilə müvafiq şəbəkənin yaradılması kimi irəli sürdüyü təkliflər konfrans iştirakçıları tərəfindən bəyənilərək Yekun sənəddə öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR