Bank Of Baku

Azay Quliyev QHT-lərin məcburi auditdən azad edilməsi üçün Nazirlər Kabinetinə müraciət edəcək

Azay Quliyev QHT-lərin məcburi auditdən azad edilməsi üçün Nazirlər Kabinetinə müraciət edəcək
# 11 fevral 2011 16:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisin üzvü, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT-lərin məcburi auditdən azad edilməsi üçün fevralın 14-də Nazirlər Kabinetinə rəsmi məktubla müraciət edəcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə A.Quliyev özü məlumat verib.

A.Quliyev deyib ki, məktubda hökumətdən QHT-lərin məcburi auditə cəlb olunacaq təsərrüfat subyektlərinin siyahısına salınmaması xahiş ediləcək: «Bu təklifi parlamentdə «Auditor xidməti haqqında» qanuna əlavə və dəyişikliklərin parlamentdə müzakirəsi zamanı spiker və Milli Məclis Aparatının rəhbəri də çıxışlarında müsbət qarşıladılar. Hesab edirəm ki, hökumət də bunu nəzərə alacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR