Bank Of Baku

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Qubada tələbələr üçün “Qış Liderlik Məktəbi” layihəsinin icrasına başlayıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Qubada tələbələr üçün “Qış Liderlik Məktəbi” layihəsinin icrasına başlayıb
# 14 fevral 2011 08:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Qubada I və II kurs tələbələri üçün “Qış Liderlik Məktəbi” layihəsi başlayıb. ATGTİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 120 tələbənin iştirakı ilə layihənin 1-ci günü iştirakçılar 4 müxtəlif komandalara bölünərək (Tufan Dağ, Kəpəz Dağı, Murov Dağı, Şah Dağ) komanda daxili ilk görüşlərini keçiriblər. Növbəti gün isə layihənin açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, ATGTİ-nin sədri Şahin İsmayılov və Quba Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nuhbalayev iştirak ediblər. Gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlətin gənclər siyasətindən və layihənin əhəmiyyətindən danışıb. Daha sonra “Liderlik Məktəbi”nin iştirakçıları Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin rəhbəri Elnur Aslanovla, gənclər və idman naziri Azad Rəhimovla və millət vəkilləri Ceyhun Osmanlı, Rasim Musabəyov və Musa Qasımlı ilə görüşüblər. Görüşdə millət vəkilləri tələbələrlə Qarabağ, mövcud problemin sülhlə həli yollarını mövzusunda fikirlərini bölüşüblər.
Qeyd edək ki, layihə çərçivəsində tələbələr üçün müxtəlif təlimlər təşkil olunacaq, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, yerli icra hakimiyyətinin nümayəndələri tələbələrlə görüşəcək, onlarla müxtəlif mövzularda müzakirələr aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR