Bank Of Baku

Azərbaycan paytaxtına sulu qar yağacaq

Azərbaycan paytaxtına sulu qar yağacaq
# 14 fevral 2011 08:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Fevralın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün ikinci yarısında havanın tutulacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 4-7 dərəcə isti olacaq.

Fevralın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın yağıntılı olacağı, arabir sulu qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 15-də havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.

Fevralın 16-da havanın yağıntılı olacağı, bəzi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Fevralın 15-də Abşeron yarımadasında soyuq hava şəraiti gözlənilsə də, meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Fevralın 16-da isə güclü xəzri küləyi və rütubətli hava şəraiti soyuq diskomfort hissini artırmaqla meteohəssas insanlar üçün əlverişsiz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR