Bank Of Baku

Azərbaycanda 6 uşaqda bakterial meningitin törədiciləri aşkarlanıb

Azərbaycanda 6 uşaqda bakterial meningitin törədiciləri aşkarlanıb
# 14 fevral 2011 08:55 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun dəstəyi ilə birgə Azərbaycanda 2010-cu ilin yanvarından başlayan bakterial meningitlər üzərində epidemioloji kəşfiyyat nəzarəti müvəffəqiyyətlə davam edir. Epidemioloji nəzarətin təşkili Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasının və Ə. Qarayev adına 2 nömrəli Uşaq xəstəxanasının bazalarında təşkil edilib. Bu istiqamətdə fəaliyyətin müasir tələblər səviyyəsində təşkili üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasında və Qarayev adına 2 nömrəli uşaq xəstəxanasının müvafiq şöbəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb, müasir avadanlıqlar alınıb.

RGEM-in bu sahədə fəaliyyət göstərən mütəxəssisləri ÜST-nin Regional referens laboratoriyasında əlavə təlim keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR