Bank Of Baku

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib
# 14 fevral 2011 09:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Suzanna Jeykob və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisad Komissiyasının Baş Katibinin müavini Jan Kubişin imzası ilə ETSN-ə bununla bağlı məktub daxil olub. Məktubda qeyd olunur ki, BMT-nin Avropa İqtisad Komissiyasının Ekoloji Siyasət üzrə Komitəsinin ötən ilin 2-5 noyabr tarixlərində Cenevrə şəhərində keçirilən XVII sessiyasında Azərbaycan, Belarus, Rumıniya və Türkiyənin ətraf mühit nazirləri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib.
Eyni zamanda, BMT-nin Avropa İqtisad Komissiyasının Nazirlər Şurasının I iclasının 2011-ci ilin aprel ayında keçirilməsinin planlaşdırıldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR