Bank Of Baku

Xüsusi qabiliyyət tələb edən ixtisaslara aid yeni vəsaitlər çap edilib

Xüsusi qabiliyyət tələb edən ixtisaslara aid yeni vəsaitlər çap edilib
# 14 fevral 2011 09:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslara aid vəsaitlər çap edib. Komissiyadan APA-ya verilən məlumata görə, bu vəsaitlər təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idmana aiddir.

Vəsaitlərdə ali təhsil müəssisələrinin, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, bu ixtisaslar üzrə seçmə turların şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, seçmə turlara və imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR