Bank Of Baku

Bakı Dövlət Universitetində yeni fakültə açılır

Bakı Dövlət Universitetində yeni fakültə açılır
# 14 fevral 2011 12:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bakı Dövlət Universitetində (BDU) yeni fakültə açılacaq. Bu barədə APA-ya BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. Onun sözlərinə görə, hazırda yeni açılacaq Ekologiya fakültəsində təmir işləri aparılır. Bu gün BDU-nun rektoru Abel Məhərrəmov açılacaq Ekologiya fakültəsində olub. İnzibati-təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı görülmüş işlər haqqında rektora məlumat verib.

Qeyd edək ki, Ekologiya fakültəsi BDU-da sayca 17-ci fakültədir. Ekologiya sahəsi üzrə ixtisaslaşan tələbələr indiyədək Coğrafiya, Biologiya və Kimya fakültələrində təhsil alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR