Bank Of Baku

AMEA soyadların yeni seçim sistemini Ədliyyə Nazirliyinə təqdim edib

AMEA soyadların yeni seçim sistemini Ədliyyə Nazirliyinə təqdim edib
# 14 fevral 2011 13:12 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın Terminologiya Komissiyasının nəzdində Adlar və Soyadlar üzrə Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. O deyib ki, Ədliyyə Nazirliyi soyadlarla bağlı qərar verəndən sonra layihə Azərbaycan Milli Məclisinə (MM) göndəriləcək.

Qeyd edək ki, AMEA-nın soyad sonluqları ilə bağlı qərarında 6 bənd öz əksini tapıb. Qərara əsasən, yeni soyadlar -oğlu və -qızı, -lı, -li, -lu, -lü, -gil və ya –soy, -zadə soyad sonluqları ilə, bundan əlavə, valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə heç bir leksik və qrammatik vasitə artırılmadan düzələ bilər. Soyad seçimi zamanı titul bildirən xan, bəy, eləcə də hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR