Bank Of Baku

Bakı-Tiflis-Ceyhan neft kəmərinin ekoloji təhlükəsizliyi ilə bağlı kitab çap olunub

Bakı-Tiflis-Ceyhan neft kəmərinin ekoloji təhlükəsizliyi ilə bağlı kitab çap olunub
# 14 fevral 2011 13:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının qərarı ilə “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ekoloji təhlükəsizliyinin beynəlxalq hüquq və dövlətdaxili qanunvericilik problemləri” kitabı nəşr edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monoqrafiyada BTC-nin ekoloji təhlükəsizliyinin beynəlxalq hüquqi tədqiqi iştirakçı dövlətlərin ətraf mühitin mühafizəsi üzrə ümumi xarakterli beynəlxalq öhdəlikləri kontekstində araşdırılıb. BTC-nin ekoloji təhlükəsizlik rejimində beynəlxalq hüquq normalarının adekvat dövlətdaxili qanunvericilik normaları vasitəsilə təmin edilməsi, ekoloji standartlar, texniki reqlamentlər, maddi məsuliyyət institutu kimi məsələlər öyrənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR