Bank Of Baku

Azərbaycanda qan xərçəngindən əziyyət çəkən uşaqların problemlərinin həlli üçün prezidentə müraciət ediləcək

Azərbaycanda qan xərçəngindən əziyyət çəkən uşaqların problemlərinin həlli üçün prezidentə müraciət ediləcək
# 14 fevral 2011 14:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycandakı leykozlu uşaqların valideynləri birgə bəyannamə qəbul ediblər. “Leykemiya ilə mübarizə” İctimai Birliyinin direktoru Mehriban Bağırova APA-ya bildirib ki, bəyannamənin ölkə prezidentinə təqdim edilməsi nəzərdə tutulub.

Bəyannamədə bildirilir ki, ölkədə leykemiyanın müalicəsinin inkişafı üçün hüquqi baza təkmilləşdirilməli, mütəxəssislərin beynəlxalq əməkdaşlıq şəbəkəsi, Uşaq Hematoloji Mərkəzi, müalicədən sonra reabilitasiya sisteminin mərkəzləşdirilmiş laboratoriya sistemi yaradılmalı, dərman preparatlarının təchizatı problemi həll edilməlidir.

M. Bağırova deyib ki, “Leykemiya ilə mübarizə” İctimai Birliyinin qeydiyyatında olan leykozlu uşaqların sayı 192 nəfərdir. Qan xərçəngi olan leykemiya xəstəliyinə tutulan uşaqların sağalma ehtimalı 95%-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR