Bank Of Baku

Zərdabda vəhşi heyvanlar fərdi təsərrüfata hücum edib

Zərdabda vəhşi heyvanlar fərdi təsərrüfata hücum edib
# 14 fevral 2011 15:59 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Zərdab rayonunun Bəyimli qəsəbəsinə vəhşi heyvanlar hücum edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə fevralın 13-dən 14-nə keçən gecə qeydə alınıb. Heyvanlar Bəyimli qəsəbə sakini Məmmədov Dərgah Hacı oğlunun fərdi təsərrüfatında olan 80 baş quzudan 72-sini öldürüb, 8-ni isə yaralayıb. Ev sahibi baş verənlərdən səhər xəbər tutub. Bəyimli qəsəbəsinin icra nümayəndələri və rayon baytarlıq idarəsinin əməkdaşları hadisə yerində olub, yaranmış vəziyyətlə maraqlanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR