Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası qeyri-hökumət təşkilatlarının məcburi auditə cəlb olunan təsərrüfat subyektləri siyahısından çıxarılması üçün təkliflər hazırlayıb

QHT-lərə Dövlət Dəstəyi Şurası qeyri-hökumət təşkilatlarının məcburi auditə cəlb olunan təsərrüfat subyektləri siyahısından çıxarılması üçün təkliflər hazırlayıb
# 14 fevral 2011 16:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası qeyri-hökumət təşkilatlarının məcburi auditə cəlb olunan təsərrüfat subyektləri siyahısından çıxarılması üçün təkliflər hazırlayıb. Bu barədə APA-ya Şuranın sədri, millət vəkili Azay Quliyev məlumat verib.

Bu gün Şurada qeyd olunan məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını deyən A. Quliyevin sözlərinə görə, yekun olaraq bununla bağlı Auditorlar Palatasına müraciət olunacağını bildirib: «Biz öncə Nazirlər Kabinetinə müraciət etməyi planlaşdırırdıq. Lakin müraciətimiz əsaslandırılmış məktubla bir yerdə Auditorlar Palatasına təqdim edəcəyik ki, Palata da hökumət qarşısında məsələ qaldırsın. Artıq Auditorlar Palatası ilə şifahi razılaşmamız da olub».

Şura sədri onu da əlavə edib ki, Nazirlər Kabinetinin 2007-ci ildə qəbul etdiyi qərarla QHT-lər də məcburi auditə cəlb olunan təsərrüfat subyektlərinin siyahısına salınıb. Bu da QHT-lərlə bağlı dövlət konsepsiyasına və dövlətin bu sahədə həyata keçirdiyi siyasətə uyğun gəlmir.

«Biz təklif edirik ki, QHT-lər könüllü auditə cəlb olunsunlar. Bu təklif Milli Məclis sədri və üzvləri tərəfindən də müsbət qarşılanıb», - deyə A. Quliyev vurğulayıb.

Qeyd edək ki, Milli Məclis fevralın 11-də «Auditor xidməti haqqında» qanuna əlavə və dəyişiklikləri qəbul edib. əlavə və dəyişikliklər QHT-lərin məcburi auditdən keçirilməsinə imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR