Bank Of Baku

Bakalavrlar bu gündən “İmtahana buraxılış vərəqəsi”ni ala bilərlər

Bakalavrlar bu gündən “İmtahana buraxılış vərəqəsi”ni ala bilərlər
# 15 fevral 2011 08:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. 2011-2012-ci tədris ili üçün ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək
bakalavrlar bu gündən “Imtahana buraxılış vərəqəsi”ni ala bilərlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, bunun üçün bakalavrlar TQDK-nın saytına daxil olmalı və “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Bakalavrlar “Imtahana buraxılış vərəqəsi”ni fevralın 20-si də daxil olmaqla həmin günədək əldə edə bilərlər.

İmtahanın birinci mərhələsi fevralın 20-də keçiriləcək. Bu mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq.

Qeyd edək ki, magistraturaya qəbul üçün 16472 bakalavr sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR