Bank Of Baku

“Ən yaxşı müəllim” müsabiqəsində iştirak edən 425 nəfər müəllimdən 217-i növbəti mərhələyə buraxılıb

“Ən yaxşı müəllim” müsabiqəsində iştirak edən 425 nəfər müəllimdən 217-i növbəti mərhələyə buraxılıb
# 15 fevral 2011 08:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu il “Ən yaxşı müəllim” müsabiqəsində iştirak etmək üçün 425 nəfər müraciət edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ekspertizanın nəticələri əsasında həmin müəllimlərdən 217 nəfəri növbəti mərhələyə buraxılıb.
İştirakçı müəllimlərin dərslərinin dinlənilməsi nəzərdə tutulub. Artıq bununla bağlı qrafik də hazırlanıb. Fevralın 15-dən başlayaraq 57 nəfər ibtidai sinif müəlliminin dərsləri 6, 35 nəfər ingilis dili müəlliminin dərsləri 4, 25 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin dərsləri isə 3 mərhələdə dinləniləcək. Digər fənn müəllimlərinin sınaq dərslərinin dinlənilməsi mərhələlərlə aprelin 21-dək davam edəcək.
Sınaq dərslərinin Təhsil Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseydə, “Tərəqqi” liseyində, “Elitar” gimnaziyada, Humanitar fənlər gimnaziyasında, 132-134 nömrəli təhsil kompleksində, Bakı şəhərindəki 1, 7, 8, 20, 23, 27, 36, 45, 46, 47, 56, 160, 164, 176, 177, 189, 190, 258, 291 nömrəli məktəblərdə və Bağça-Məktəb-Lisey Kompleksində təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR