Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərə yardım xidməti təşkil edib

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərə yardım xidməti təşkil edib
# 15 fevral 2011 13:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə hesabatlarının tərtibi ilə bağlı QHT-lərə yardım xidməti təşkil edib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatlarının tərtibi işində təşkilatlara kömək məqsədilə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən iş günlərində məsləhət xidməti təşkil edilib.

QHT-lər lazımi məsləhətlər almaq üçün bu xidməti həyata keçirən şura əməkdaşlarına qəbul qrafikində göstərilmiş günlərdə müraciət edə bilərlər. Məsləhət təlimləri region QHT-ləri üçün də təşkil edilib. Tədbirlər Azərbaycan Milli QHT Forumunun Quba, Qəbələ, Şirvan, Mingəçevir və Şəmkir regional qeyri-hökumət təşkilatlarının resurs mərkəzləri vasitəsilə həyata keçirilir. Təlimlər şuranın mütəxəssisləri tərəfindən 15-16; 22-23 fevral, 2-3; 10-11 və 16-17 mart tarixlərində resurs mərkəzlərinin ofislərində keçiriləcək.

QHT-lər illik maliyyə hesabatını Maliyyə Nazirliyinə aprelin 1-dək təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR