Bank Of Baku

Ötən il Azərbaycanda 73 min yeni iş yeri açılıb

Ötən il Azərbaycanda 73 min yeni iş yeri açılıb
# 16 fevral 2011 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 73 min yeni, o cümlədən 52,7 min daimi iş yerləri açılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci dövlət proqramının icrasını əhatə edən 2009-2010-cu illərdə 146,6 min olmaqla 107,2 min daimi iş yerləri yaradılıb. Son bir ildə açılmış daimi iş yerlərinin 14,1%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 20,5%-i mövcud müəssisə və təşkilatlarda, 0,7%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 64,7%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.
Yeni iş yerlərinin 77,9%-i regionların, o cümlədən 19%-i Aran, 14,5%-i Gəncə-Qazax, 8,2%-i Quba-Xaçmaz, 6,9%-i Lənkəran, 5,4%-i Şəki-Zaqatala, hər biri 4,9% olmaqla Abşeron və Naxçıvan, 14,1%-i isə digər iqtisadi rayonların payına düşüb.
Ötən il yeni iş yerlərinin 91%-i özəl sektorda, daimi iş yerlərinin 99,6%-i isə qeyri-neft sektorunda açılıb, onlardan 5,8%-i tikinti, 3,7%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 2,4%-i emal sənayesi, 2,1%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 1,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 1,3%-i nəqliyyat və anbar təsərrüfatı, eləcə də digər sahələr üzrə fəaliyyət göstərən müəssisələrdə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR