Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağıb
# 16 fevral 2011 07:49 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, qarın qalınlığı bəzi ərazilərə 60 santimetrə çatıb. Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifovun verdiyi məlumata görə, rayon mərkəzinə 30 sm, dağətəyi kəndlərə 40 sm qalınlığında qar yağıb. Şəki rayon FHK-nın sədr müavini Valeh Ələkbərov isə deyib ki, Şəki şəhərində qarın qalınlığı 25-30, dağətəyi kəndlərdə 40 sm təşkil edir.
Qax rayonunun dağlıq kəndlərinə isə 60 sm qalınlığında qar düşüb. Ən çox qar rayonun Sarıbaş, İlisu və Qaşqaçay kəndlərində qeydə alınıb.
Zaqatala rayonunda da gecədən başlayaraq qarı yağıb. Rayon mərkəzində 25 sm, dağətəyi kəndlərdə isə 35 sm qar qeydə alınıb. Bölgədə ən az qar Balakən rayonuna yağıb.
Adları çəkilən rayonların icra strukturlarından APA-ya verilən məlumata əsasən, qarın yağması ilə bağlı bu saatlar kimi rayonlara elektrik enerjisinin və təbii qazın verilməsində heç bir problem yaranmayıb. Lakin rayonların mərkəzi yollarında və kəndlərə gedən yollarda bir sıra çətinliklər yaranıb. Hazırda yolların qardan təmizlənməsi istiqamətində işlər aparır, rayon mərkəzi yollarına duz və qum səpilir, kəndlərə gedən yollar isə müvafiq texnikanın köməkliyi ilə qardan təmizlənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR