Bank Of Baku

Azərbaycanın şimal bölgəsinə yağan güclü qar bir sıra yollarda hərəkəti dayandırıb

Azərbaycanın şimal bölgəsinə yağan güclü qar bir sıra yollarda hərəkəti dayandırıb
# 16 fevral 2011 08:43 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Azərbaycanın şimal bölgəsində qeyri-sabit hava şəraiti kəskin xarakter alıb. APA-nın yerli bürosunun xəbərinə görə, aramsız yağan qar bölgənin dağ kəndlərində yolları iflic vəziyyətə salıb. Qarın hündürlüyü ayrı-ayrı yerlərdə 16-25 santimetrə çatıb. Quba Regional Hidrometeorologiya Müəssisəsinin rəhbəri Aliyə Ələkbərovanın verdiyi məlumata görə, bölgədə ən yüksək yağıntı Qubanın Xaltan kəndinə düşüb. Burada qarın hündürlüyü 25 santimetrdir. Xaltan da daxil olmaqla, Qubanın Şamaxı rayonu ilə həmsərhəd olan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib. Quba 6 saylı Yol İstismar idarəsinin rəisi Aydəmir Manafovun bildirdiyinə görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq idarə gücləndirilmiş iş rejimində çalışır. Kənd yollarında hərəkətin bərpa olunması üçün əraziyə əlavə texnikalar göndərilib. Sinoptiklərin məlumatına görə, bölgədə qeyri-sabit hava şəraiti həftənin sonunadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR