Bank Of Baku

Azərbaycan ərazisində sulu qar və qar yağacaq

Azərbaycan ərazisində sulu qar və qar yağacaq
# 16 fevral 2011 09:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim şimal küləyi əsəcək. Gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Fevralın 18-də hava buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək. Lakin fevralın 17-dən 18-ə keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 17-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.

Fevralın 18-də qərb rayonlarında hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin şərq rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR