Bank Of Baku

Marneulidə fermaya canavar sürüsü hücum edib

Marneulidə fermaya canavar sürüsü hücum edib
# 16 fevral 2011 10:58 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Güclü qar yağması ilə bağlı Gürcüstanın Marneuli rayonunun bir sıra yaşayış məntəqələri canavar sürülərinin hücumuna məruz qalır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli şəhərinin yaxınlığındakı Yağlıca otlağında yerləşən Lomtaqori qoyunçuluq fermasındakı qoyun sürülərinə canavar sürüsü hücum edib. Məlumata görə, canavarlar 50 qoyunu parçalayıblar. Çobanların dediyinə görə, fermaya bir neçə min lari miqdarında zərər dəyib. Təsərrüfat rəhbəri və fermanın yaxınlığında yaşayan kiçik Lomtoqor kəndinin sakinləri Gürcüstan Mühafizə Nazirliyindən canavarları öldürmək üçün icazə istəyiblər.
Qeyd edək ki, Gürcüstanda canavarları öldürmək qadağan edilib. Lakin müstəsna hal kimi qeyd edilib ki, insan həyatı üçün təhlükə yarandığı halda canavarı öldürmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR