Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə yeni standartları təsdiq edib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə yeni standartları təsdiq edib
# 16 fevral 2011 11:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Dizel yanacağı», «Avro dizel yanacağı», «Motor yanacaqları. Etilsiz benzin», «Ortadövrlü və azdövrlü dizellər üçün motor yanacaqları», «Pəhriz çörəyi və zənginləşdirilmiş çörək», «Ət gigiyenasının ümumi prinsipləri» dövlət standartlarını təsdiq edib. Komitədən «APA-Economics»ə verilən məlumata görə, standartların tətbiqinə 2011-ci ilin martın 1-dən başlanacaq.

Qeyd edək ki, «Dizel yanacağı. Texniki şərtlər» standartı neft emalı məhsullarından alınan, yerüstü və gəmi texnikasında, böyük sürətli dizel və qazturbin mühərriklərində istifadə edilən yanacaqlara, «Avro dizel yanacağı. Texniki şərtlər» standartı dizel mühərriklərində istifadə olunan Avro dizel yanacaqlarına, «Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər» standartı etilsiz benzinlə işləyən benzin mühərrikləri ilə təmin olunmuş nəqliyyat vasitələrində motor yanacağı qismində istifadəsi nəzərdə tutulan etilsiz benzinlərə aiddir. Benzində metal birləşməli aşqarların olmasına yol verilmir. Bu standart Requlyar Avro-92, Preimum Avro-95, Cuper Avro-98 (I, II, III çeşidləri) benzin markalarına aiddir.

Bundan başqa «Ortadövrlü və azdövrlü dizellər üçün motor yanacaqları. Texniki şərtlər» standartı ortadövrlü və azdövrlü dizel mühərrikləri üçün neft emalı məhsullarından alınan yanacaqlara aid edilir. İstifadəsinə qəbul olunmuş qaydada icazə verilən depressor aşqarlara yol verilir.

«Pəhriz çörəyi və zənginləşdirilmiş çörək. Ümumi texniki şərtlər» standartı müalicəvi və profilaktik qidalanma üçün nəzərdə tutulan pəhriz çörəyinə və zənginləşdirilmiş çörəyə şamil edilir. «Ət gigiyenasının ümumi prinsipləri» standartı isə ət gigiyenasının ümumi prinsiplərini müəyyən edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR