Bank Of Baku

Azərbaycanda cəbhəyanı kəndlərə telefon xətti çəkilir

Azərbaycanda cəbhəyanı kəndlərə telefon xətti çəkilir
# 16 fevral 2011 12:39 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam rayonunun cəbhəyanı kəndlərinə yeni telefon xətti çəkilir. Ağdam Telekommunikasiya Qovşağından APA-nın Qarabağ bürosuna verilən məlumata görə, 15 ildən artıqdır müharibə şəraitində olan rayonda kəndlərin əksəriyyətində telefon rabitəsi yoxdur. Artıq 10-dək yaşayış məntəqəsində çox tutumlu elektron ATS quraşdırılıb. Bu ilin sonunadək bütün cəbhəyanı kənd sakinləri öz evlərindən dünyanın istənilən nöqtəsinə zəng edə biləcəklər. İnternet həvəskarları da bu xidmət növündən istifadədə çətinlik çəkməyəcəklər. Telefonlaşdırma işi hazırda rayonun Çəmənli kəndi ilə paralel olaraq, rayon ərazisində salınan yeni qəsəbələrdə də aparılır. Rayon mərkəzi rolunu oynayan Quzanlı qəsəbəsində isə telekommunikasiya avadanlıqları yenisi ilə əvəz edilib. Quraşdırılan yeni qovşaq stansiyası bütün kəndlərdəki telefon stansiyalarının mərkəzləşmiş formada istifadəsini təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR