Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası qeyri-hökumət təşkilatlarının məcburi auditin obyekti olan təsərrüfat subyektləri siyahısından çıxarılmasını istəyib

QHT-lərə Dövlət Dəstəyi Şurası qeyri-hökumət təşkilatlarının məcburi auditin obyekti olan təsərrüfat subyektləri siyahısından çıxarılmasını istəyib
# 16 fevral 2011 12:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qeyri-hökumət təşkilatlarının məcburi auditə cəlb edilməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Nazirlər Kabinetinə, Prezident Administrasiyasına və Auditorlar Palatasına məktub göndərib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Məclisinin fevralın 11-də keçirilən iclasında “Auditor xidməti haqqında” qanuna edilmiş dəyişikliklər nəticəsində məcburi auditdən yayınma ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni - 247-3-cü maddə əlavə olunub. Bu maddənin tələblərinə uyğun olaraq qanunda nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslərə 300 manatdan 600 manatadək, hüquqi şəxslərə isə 500 manatdan 2500 manatadək cərimə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulur.

Məktubda qeyri-hökumət təşkilatlarının müstəqil maliyyə mənbələrinə malik olmadığı, onların fəaliyyətinin daha çox könüllülük prinsipinə söykəndiyi, əksər donorlar tərəfindən məcburi audit xərclərinin ödənilmədiyi, eləcə də qeyri-hökumət təşkilatlarının qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaflığı təmin etmək məqsədilə aldıqları maliyyə vəsaitlərinə dair (qrantlar və maliyyə yardımları üzrə) müqavilələrin surətini Ədliyyə Nazirliyinə, rüblük hesabatlarını Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Statistika Komitəsinə və Məşğulluq Mərkəzlərinə təqdim etdikləri, habelə Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verdikləri nəzərə alınmaqla, “Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə “Daxili audit haqqında" qanununun mərhələlərlə tətbiqi müddətləri”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 155 nömrəli qərarına dəyişiklik edilərək qeyri-hökumət təşkilatlarının məcburi auditin obyekti olan təsərrüfat subyektləri siyahısından çıxarılması təklif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR