Bank Of Baku

Gəncədə ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirilib

Gəncədə ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirilib
# 16 fevral 2011 13:35 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Bu gün Gəncə şəhərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, müşavirədə TQDK sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzə ilə çıxış edib. Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertlər, eləcə də Gəncə, Ağcabədi, Ağdam, Bərdə, Daşkəsən, Fizuli, Goranboy, Göyçay, Kəlbəcər, Kürdəmir, Samux, Tərtər, Ucar, Göygöl, Mingəçevir, Naftalan, Yevlax və Laçın rayonlarının təhsil şöbələrinin rəhbərləri, direktorları və müəllimləri iştirak edib. Tədbirdə qeyd edilib ki, 2010-cu ildə Gəncə şəhər ümumtəhsil məktəblərini 2780 şagird bitirib. Attestat alan 2400 nəfərdən 86,17 %-i (2068 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarında iştirak edənlərin 737 nəfəri tələbə adını qazanıb. Tələbə adını qazanan məzunlardan 38 nəfəri 600-dən çox bal toplayıb.
Daşkəsən rayonunda qəbul imtahanlarında iştirak edən 114 abituriyentlərdən 20-si, Samux rayonunda qəbul imtahanlarında iştirak edən 325 abituriyentdən 84-ü, Göygöl rayonunda qəbul imtahanlarında iştirak edən 393 abituriyentdən 104-ü tələbə adını qazanıb.
M. Abbaszadə onu da deyib ki, bu il bütün ixtisas qrupları üzrə qəbul imtahanları Bakı ilə yanaşı Gəncə şəhərində də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR