Bank Of Baku

Azərbaycanda əlillərə və köməksiz insanlara günərzi xidmət göstəriləcək

Azərbaycanda əlillərə və köməksiz insanlara günərzi xidmət göstəriləcək
# 16 fevral 2011 14:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda əlillərə və köməksiz insanlara dövlət hesabına xidmət göstərmək üçün günərzi mərkəzləri yaradılacaq.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

İ.Rəhimovun sözlərinə görə, hazırlanaraq Milli Məclisə təqdim olunmuş «Sosial xidmət haqqında» qanun layihəsində də bu məsələ əksini tapıb: «Bu mərkəzlər hansısa ailədə müraciət əsasında ahıla, əlilə, xəstə insana gün ərzində kömək göstərəcək. Eyni zamanda yaşlı adamlar bu mərkəzlərə gələrək günlərini keçirə biləcəklər. Bununla da ailələrin işi yüngülləşəcək».

Nazirlik kənd yerlərində ailələrə kiçik sahibkarlıq fəaliyyəti göstərmək üçün birdəfəlik ünvanlı yardım verilməsi layihəsi üzərində də düşünür. Bu yardımlar verilərkən onların təyinatı üzrə istifadəsi də nəzarətdə saxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR