Azərbaycanda Sosial Məcəllə hazırlanacaq

Azərbaycanda Sosial Məcəllə hazırlanacaq
# 16 fevral 2011 14:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu ilin sonunadək Azərbaycanda Sosial Məcəllənin hazırlanması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

İ.Rəhimovun sözlərinə görə, hazırda Azərbaycanda sırf sosial müdafiə ilə bağlı 15-dən çox qanun var: «Biz istəyirik ki, bu qanunları bir məcəllə halına salaq ki, ümumi topluda olsun. Bu proses ilin sonuna qədər başa çatdırılacaq».

Nazir müavini hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nəzdində fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyalarının strukturunun təkmilləşdirildiyini deyib. İ.Rəhimovun sözlərinə görə, əvvəllər mövcud olmuş 20 zona tibbi-sosial ekspert komissiyasının sayı 38-ə çatdırılacaq.

«Biz həmçinin əlilliyin təyin olunmasına dair yeni meyarlar hazırlamışıq. Meyarlar çox ciddiləşdirilib. Bu da əlilliyin daha aydın və ciddi müəyyənləşdirilməsinə imkan verəcək», - deyə İ.Rəhimov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR